kastinq xidməti

Müasir casting sistemi – Rəqəmsal kastinq xidməti

Peşəkar və Rəqəmsal Kastinq Xidməti – Brendinizə uyğun ideal simanı ən qısa zamanda tapın!

Kastinq xidməti kino, instagram reklamları, böyük çəkilişlər, müğənnilər üçün klip, fotoçəkiliş üçün model seçimi, geyim tanıtımı üçün model seçimi üçün çox önəmli prosesdir. İndiki dövrdə bizneslərin uğuru seçilən aktyorların, modellərin və ya influnserlərin şirkətin vermək istədiyi mesajı yaxşı ötürməsindən asılıdır.

Casting.az  kastinq prosesini sürətli və online formada həyata keçirməyə kömək edir.

Onlayn Kastinq platformamız vasitəsilə siz reklam çəkilişlərinizdə, təqdimat videolarınızda, sosial media paylaşımlarınızda sizə uyğun və axtardığınız meyarlarla üzləşən insanlarla  işləyəcəksiniz. Bunun üçün çox az vaxtınız gedəcək və xərclərə də qənaət edəcəksiniz.

Kastinq xidməti nədir?

 

Kastinq xidməti ( Casting prosesi) — film, serial, reklam çarxı, klip və ya moda nümayişləri kimi layihələr üçün ən uyğun simaların (aktyor, model, aparıcı və ya köməkçi heyət) seçilməsi prosesini həyata keçirən peşəkar fəaliyyətdir.

Sadə dildə desək, bu xidmət prodüser/rejissor ilə ifaçı (aktyor/model) arasında körpü rolunu oynayır.


Kastinq xidmətinə nələr daxil ola bilər?

Kastinq agentlikləri və ya mütəxəssisləri aşağıdakı tapşırıqları yerinə yetirirlər:

  • Cast bazası: Agentliyin geniş “face-base” (simalar bazası) olur. Bura peşəkar aktyorlardan tutmuş, heç bir təcrübəsi olmayan maraqlı simalara qədər hər kəs daxil ola bilər. Bizim casting.az Platformamızda bu bazamızla tanış ola bilərsiniz.

  • Castingdə Seçimlərin təşkili: Rejissorun tələblərinə (yaş, boy, saç rəngi, xarakter tipi) uyğun namizədlər seçilir və onlara sınaq çəkilişləri (audition) təyin edilir.

  • Foto və Video Testlər: Namizədlərin kamera qarşısında özlərini necə aparmalarını yoxlamaq üçün qısa çəkilişlər aparılır. Siz bizim saytımızda bunu görə bilərsiniz.

  • Müqavilə və Hüquqi Dəstək: Seçilən şəxslərin çəkiliş qrafikinin tənzimlənməsi, qonorar (maaş) danışıqları və hüquqi sənədləşmə işləri idarə olunur.

Kimlər müraciət edir?

  1. Sifarişçilər: Reklam agentlikləri, prodüser mərkəzləri və film şirkətləri. Onlar vaxt itirməmək üçün birbaşa kastinq agentliyinə müraciət edirlər.

  2. Namizədlər: Aktyor olmaq istəyənlər, modellər və ya sadəcə kütləvi səhnələrdə (vifka) iştirak etmək istəyən şəxslər öz anketlərini bu agentliklərə təqdim edirlər.

Niyə vacibdir?

Bir layihənin uğuru 50% düzgün seçilmiş simadan asılıdır. Məsələn, bir reklam çarxında marka dəyərini əks etdirməyən yanlış sima seçilərsə, reklamın təsiri azalır. Kastinq xidməti məhz bu riski minimuma endirir.

Kastinq xidməti – film, reklam, sosial media, klip və tədbirlər üçün uyğun şəxslərin seçilməsi və layihəyə inteqrasiya olunması prosesidir. Bu xidmətə yalnız vizual uyğunluq deyil, həm də mimika, danışıq qabiliyyəti, təqdimat bacarığı, auditoriya ilə əlaqə qurma və brendə uyğunluq kimi bir çox faktorlar daxildir.

Casting.az platforması ilə siz:

  • Reklamlarınız üçün aktyor seçimi edə bilərsiniz.

  • Klip çəkilişləri üçün uyğun şəxslər tapa bilərsiniz.

  • Fotosessiya üçün modellər tapa bilərsiniz.

  • Sosial media videoları üçün sima seçə bilərsiniz.

  • TikTok və Instagram videoları üçün təqdimat edən şəxs seçə bilərsiniz.

  • Brend siması üçün sima tapa bilərsiniz.

  • Tədbirlər üçün aparıcı və təqdimatçılar seçə bilərsiniz.

 

Kastinq prosesimiz necə işləyir?

Casting.az olaraq kastinq xidmətini təkcə sima seçimi kimi deyil, strateji yanaşma ilə həyata keçiririk. Proses aşağıdakı mərhələlərdən ibarətdir:

  1. Məlumat bazasından ilkin seçim
    Platformamızın kastinq bazasında minlərlə model, aktyor  var. İlk öncə bazadan ən uyğun namizədləri seçirsiniz.
  2. Test çəkiliş və ya danışıq videoları
    Platformadan şəkil və videolar ilə tanış ola bilərsiniz. Seçdiyiniz şəxsin profilində şəkillər və tanıtım videosuna baxmaq mümkündür.

  3. Aktyor və simalarla əlaqə
    Seçdiyiniz aktyor və sima ilə birbaşa əlaqə saxlayaraq çəkilişə dəvət edə bilərsiniz. Bunun üçün bizim platformaya hər hansı bir ödəniş etməniz gərəkmir.

  4. Əlavə Casting.az platformasının dəstəyi
    Çəkilişlər zamanı ehtiyac olduğu təqdirdə prosesdə sizə dəstək ola bilərik.

 

Niyə kastinq xidməti önəmlidir?

Seçəcəyiniz və  istifadə etdiyiniz sima yanlış seçilərsə, auditoriya ilə düzgün ünsiyyət qurmamış olursunuz , həmçinin, məhsulunuzu və ya xidməti tanıtmaq baha başa gələcək. Doğru və yeni maraqlı sima isə izləyicidə etibar yaradır və diqqət çəkir.

 Brendə uyğunluq:
Kastinq prosesi zamanı düzgün şəxs seçmək çox önəmlidir.

 Effektivlik:
Seçdiyiniz şəxslə düzgün ünsiyyət qurmaq və ssenarinin simaya düzgün çatdırılması effektiv kastinq prosesinin əsasını təşkil edir.

 Vaxt və resurslara qənaət:
Platformamızdan istifadə edərək kastinq prosesi zamanınıza və büdcənizə qənaət edərək sürətli və effektiv nəticə əldə edə bilərsiniz.

Casting.az platforması ilə sürətli kastinq edin və xərclərə qənaət edin.

Kastinq xidməti tamamilə rəqəmsal formadadır.  Platformamız vasitəsilə siz onlayn formada  həm yerli, həm də beynəlxalq layihələrdə iştirak etmiş modellər, aktyorlar seçə və onlarla əməkdaşlıq edə bilərsiniz.

Siz əlavə komissiya ödəmədiyiniz və prosesin rəqəmsal olması səbəbindən həm BÜDCƏYƏ QƏNAƏT HƏM DƏ VAXTA QƏNAƏT EDİRSİNİZ.

Kastinqlə bağlı Ən çox verilən suallar

1. Bazanızda neçə nəfər var? Bizim geniş bazamızda uşaqlardan yaşlılara qədər, müxtəlif millətləri və xarakterləri təmsil edən minlərlə real sima mövcuddur.

2. Layihə üçün uyğun simanı necə tapa bilərəm? Casting.az Saytına daxil olursunuz filterlərinizi öz axtardığınız simaya uyğun seçib profillərə baxırsınız. Uyğun olan şəxslə əlaqə saxlayın.

3. “Kütləvi səhnələr”  üçün sayt vasitəsilə seçim edə bilərik mi? Bəli, Kütləvi səhnələr üçün saytda həvəskar aktyorlardan seçim edə və münasib qiymətə bu prosesi həyata keçirə bilərsiniz.

4. Platformada Xarici  aktyorlar var? Bəli, xarici aktyorlar və xarici görünüşdə olan şəxslər seçə bilərsiniz.

Əlavə Suallar

1. Ofisinizə gəlmək mütləqdir? İlkin qeydiyyat üçün sayt üzərindən müraciət kifayətdir.

2. Uşaqlar üçün kastinq var? Bəli, Bazamızda yüzlərlə aktyorluq həvəsi olan və təcrübəli uşaq simaları var. Onların valideynləri ilə əlaqə saxlaya və çəkilişlərə dəvət edə bilərsiniz.

1. Kastinq xidməti üçün nə qədər əvvəl müraciət etməliyəm?
Bu aktyor və seçdiyiniz simadan asılıdır. Biz casting prosesi üçün ən azı 1 həftə əvvəl əlaqə saxlamanızı tövsiyə edirik.

2. Kastinq üçün simaları özüm seçə bilərəm?
Bəli, platformadakı  seçimlər arasından istədiyiniz şəxsləri təsdiqləyə bilərsiniz.

3. Kastinq platformasındakı  şəxslər aktyor təhsilli olurmu?
Bəli Casting.az platformasındakı şəxslərin 40% dən çoxu peşəkar aktyorlardır.

Əlavə suallarınız yaranarsa bizə instagramdan castingazerbaijan  səhifəsinə yazın.

Bəyəndiniz? Dostlarınızla paylaşa bilərsiniz