aktyorluq kursu

Azərbaycanda Aktyorluq kursları. Aktyorluq kursu necə seçilməlidir?

Aktyorluq kursu və ya Aktyorluq təhsili səhnə sənətlərinin əsas sütunlarından biridir. Bu təhsil, tələbələrə müxtəlif janrlarda və mühitlərdə (teatr, kino, televiziya) uğurlu çıxış etmə bacarığı qazandırır. Aktyorları peşəkar olaraq hazırlaşdırmaqla yanaşı, özlərini ifadə etmə və yaradıcılıqlarını kəşf etmə imkanı da yaradır.

Aktyorluq təhsili almaq, istedadlı aktyor namizədlərinin peşəkar təməl formalaşdırmasına kömək edir və gələcək karyeralarına güclü bir başlanğıc etmələrini dəstəkləyir.

Aktyorluq peşəsi, Azərbaycanın dinamik və canlı səhnə sənətləri sektorunda mühüm yer tutur. Canlı səhnədə və ya kamera qarşısında oynamaq üçün təsirli nitq, bədən dili və digər bacarıqlar tələb olunur.

Əgər siz də bu sahədə özünüzü inkişaf etdirmək və peşəkar aktyor olmaq istəyirsinizsə, aşağıda təqdim etdiyimiz aktyorluq kursları sizin üçün faydalı ola bilər:

Azərbaycanda Aktyorluq Kursları

1. Azərbaycan Film Akademiyası – Aktyorluq kursu
Müasir aktyorluq metodlarının tədris olunduğu bu akademiyada tələbələr həm nəzəri, həm də praktiki biliklər əldə edirlər. Kursu bitirənlərə sertifikat təqdim olunur və qısa, tammetrajlı filmlərdə rol alma imkanı verilir. Bu aktyorluq kursu size səhnəyə hazırlamaqda dəstək ola bilər.

2. Focus Film Akademiyası – Netflix Təcrübəsi ilə Aktyorluq Kursları
Akademiyamızda Sizi Gözləyənlər:
• Sahənin peşəkar müəllimləri ilə peşəkar aktyorluq təlimləri.
• Kamera qarşısında və səhnədə təcrübə.
• Diksiyaya, bədən dilinə, improvizasiya və xarakter analizinə dair əsas dərslər.
• Teatr tamaşaları, qısa filmlər və serial layihələrində iştirak imkanı.
• Beynəlxalq lisenziyalı diplom ilə təhsil proqramı və karyeranıza möhkəm başlanğıc.

3. Beynəlxalq Peşələr Məktəbi – Aktyorluq Kursları
7 həftəlik proqram çərçivəsində tələbələr səhnədə çıxış etmə, bədən dilinə nəzarət və ictimaiyyət qarşısında danışma bacarıqları qazanırlar. Kursu bitirənlərə beynəlxalq diplom təqdim olunur.

4. Qızıl Əllər MMC – Aktyorluq Kursu
Həftədə 3 gün, 2 saat olmaqla keçirilən dərslərdə müasir aktyorluq metodları tədris olunur. Kursu bitirənlərə sertifikat verilir. Aktyorluq kursları axtaran şəxslər üçün seçimlərdən biri ola bilər.

5. 1 Səhnə Prodüser Mərkəzi – Aktyorluq Kursu
5 aylıq proqramda nəzəri və praktiki məşğələlər keçirilir. Kursu bitirənlərə sertifikat təqdim olunur və fərqlənən tələbələr sektorda işlə təmin oluna bilərlər.

6. Diamonds By Mamedzadeh Model Akademiyası
Aktyorluq və vokal dərsləri təklif edən bu akademiya tələbələrin ifa bacarıqlarını inkişaf etdirməyə yönəlib.

7. Kino Atelyesi – İlqar Cahangirin Aktyorluq Kursu
Əməkdar artist İlqar Cahangirin rəhbərliyi ilə keçirilən bu kurslar Kino Atelyesinin nəzdində fəaliyyət göstərir.

Əgər aktyor olmağa qərar vermisinizsə və özünüzə güvənirsinizsə, bu sahədə inkişaf etmək və nələr edə biləcəyinizi kəşf etmək üçün ilk addım düzgün aktyorluq təhsili almaqdır. Aktyorluq kursu seçmək isə bəzən çətin bir proses ola bilər. Aktyorluq kursu seçmək isə bəzən çətin bir proses ola bilər. Çünki bazarda hər gün yeni kursların açılması, seçim edəcək şəxslərin fikrini qarışdırır. Bəs doğru təhsili haradan və necə almalısınız? Aktyorluq kursu seçərkən nələrə diqqət edilməlidir? Əgər siz də bu sualların cavabını axtarırsınızsa, məqaləmizə nəzər salmağınızı tövsiyə edirik.

Təlimçiləri araşdırın!

Seçəcəyiniz aktyorluq kursunda dərs deyən müəllimlərin təcrübəsi və peşəkarlığı olduqca önəmlidir. Əgər həmin şəxslərin təhsil və təcrübə keçmişinə əmin deyilsinizsə, belə bir kursa qoşulmağınız tövsiyə olunmur.

Dərs proqramı ilə tanış olun!

Aktyorluq yalnız bir istiqamətdən ibarət deyil. Yaxşı bir aktyor bədənini sərbəst idarə edə bilməli, düzgün diksiyaya, səs və nəfəs texnikasına sahib olmalı, həmçinin müəyyən səviyyədə ümumi dünyagörüşü olmalıdır. Gedəcəyiniz kursun proqramında bu mövzuların yer alıb-almadığını öyrənin.

Qrupların sayını soruşun!

Aktyorluq həm nəzəri, həm də praktiki məşqlərlə öyrənilməlidir. Sınıf çox böyükdürsə, hər kəsin səhnə üzərində kifayət qədər praktika etməsi çətin olar. Bu səbəbdən qrupdakı tələbə sayı da kurs seçimində önəmli faktordur.

Kursun təcrübəsini araşdırın!

Yalnız müəllimin deyil, kursun ümumi təcrübəsi də önəmlidir. Yeni açılan və hələ özünü sübut etməmiş kurslara qatılmaq əvəzinə, tanınmış və etibarlı kurslara üstünlük verin.

Büdcənizi planlayın!

Kursların qiymətləri dərs saatlarına və proqramın məzmununa görə dəyişir. Ən bahalı kursun mütləq ən yaxşı olduğu düşüncəsinə aldanmayın, amma çox ucuz deyə də keyfiyyətsiz kursa qoşulmayın. Büdcənizi düzgün planlamaq vacibdir.

Təcrübə imkanı varmı?

Əldə etdiyiniz bilikləri tətbiq edə bilməsəniz, öyrəndikləriniz tam mənada fayda verməyəcək. Kamera önü təhsil alırsınızsa, sınaq çəkilişlərinin olub-olmadığını; teatr təhsili alırsınızsa, tamaşa hazırlayıb-hazırlamayacağınızı mütləq soruşun.

Sertifikat məsələsini öyrənin!

Rəsmi qurumlar tərəfindən təsdiqlənmiş sertifikatlı təhsil, gələcəkdə sizə üstünlük qazandıracaq. Bu, həm də kursun öz verdiyi təhsilə güvəndiyini göstərir.

Nəticə

Aktyorluq yolunda atacağınız ilk addım doğru kursu seçməkdir. Bu seçimi düzgün etdiyiniz halda, həm vaxtınızı, həm də maddi imkanlarınızı boşuna itirməyəcək, həvəsinizi də itirmədən məqsədinizə doğru irəliləyəcəksiniz.

Aktyorluq kursunu bitirdikdən sonra casting.az platofmarsından qeydiyyatdan keçməyi unutmayın. Suallarınızı Instagram səhifəmizə yazın.

Aktyorluq kursları əsasən aşağıdakı şəxslər üçün nəzərdə tutulur:

Yeni başlayanlar

Heç bir təcrübəsi olmayan, amma aktyor olmaq istəyən şəxslər üçün.

Əsas bacarıqları, səhnə davranışı, səs və diksiyanı öyrənmək üçün ideal yerdir.

Təcrübəsini inkişaf etdirmək istəyənlər

Əvvəlcədən teatr, film və ya kamera təcrübəsi olan, amma peşəkarlığını artırmaq istəyənlər.

Rol seçimi, kamera önü və səhnə texnikası üzrə daha dərindən təlim ala bilərlər.

Tələbələr və gənclər

Təhsil həyatına əlavə olaraq yaradıcı bacarıqlarını inkişaf etdirmək istəyən gənclər.

Akademik və şəxsi inkişaf üçün faydalıdır.

Peşəkar aktyorlar

Məşhur aktyor və ya teatr işçiləri də bəzi kurslara qatılaraq yeni metodları öyrənir və bacarıqlarını təkmilləşdirirlər.

Sahəyə marağı olan şəxslər

Aktyorluq peşəsi ilə məşğul olmasa da teatr və film sənətinə marağı olanlar, improvizasiya və özünü ifadə bacarıqlarını inkişaf etdirmək istəyənlər.

Səhnədə və kamerada özünü sınamaq istəyənlər

Əsas məqam odur ki, aktyorluq kursları həm təcrübəsizlər, həm də təcrübəli şəxslər üçün öyrənmə və inkişaf platformasıdır.

Bəyəndiniz? Dostlarınızla paylaşa bilərsiniz