Gələcəyinə
işıq tut
Axtardığın aktyoru rahat tap
Niyə biz?
Hər obraz bir hekayədir. Biz sizi ən doğru rollarla birləşdirərək istedadınızı üzə çıxarmağa və səhnəyə daşımağa kömək edirik.

İstedadınızı dəyərləndirir, sizə ən uyğun rolları seçirik.

Kino, reklam və teatr dünyasında geniş əlaqələrə sahibik.

Eyni zamanda inkişafınız üçün dəstək veririk.
Ən yeni əlavə olunanlar
Ən çox baxılanlar
İstifadəçilərin rəyləri
Şamans Agentliyinin Direktoru
Mən “casting.az” layihəsinin yaranmasına çox sevindim. Bu platformanın uzun müddətdir sektorda hiss olunan ciddi boşluğu dolduracağına əminəm. Həm marka rəhbərləri, həm də digər yaradıcı sahə mütəxəssisləri üçün bu layihə yeni imkanlar yaradacaq. Bizim və ümumilikdə bu sahədə çalışan hər kəs üçün böyük fürsətdir.
Larins MMC Direktoru
Geyim sahəsində olduğumuz üçün illərdir belə bir platformanın yoxluğunu hiss edirdik. Bizim üçün bəzən bir aktyor və model tapmaq problem idi.Platformanın qurulması ilə nəinki vaxt və resurs itkisi azalır, eyni zamanda işlərimiz daha sistemli və effektiv şəkildə irəliləyir.Artıq bütün seçimlərimizi bu platforma üzərindən edəcəyik.
Rejissor
Bir rejissor kimi casting.az saytının yaradılmasını çox müsbət addım hesab edirəm. Bu sayt sayəsində artıq bütün potensial aktyorlar bir məkanda toplanır, onların məlumat və fotolarını birbaşa buradan görə bilirik. Seçim prosesini xeyli sürətləndirir və işi asanlaşdırır. Peşəkar axtarış üçün belə bir platformanın yaradılması sektorumuz üçün əhəmiyyətli bir yenilikdir.
NOX studio - Həmtəsisçi
Casting.az uzun müddətdir gözlənilən bir boşluğu doldurur. Kreativ sənaye üçün belə sistemli yanaşma ciddi ehtiyac idi. Bu platforma həm istedadları görünən edir, həm də brend və prodakşn dünyasını yeni əməkdaşlıqlarla birləşdirir. Gələcəyin oyun qaydalarını yazmağa namizəddir.
Kreativ Direktor
Dəyişən trendlərə uyğun video kontentlər artıq daha populyardır. Bu videoların da təməl hissələrindən biri ssenari, həmçinin çəkilişdir. Amma bütün bunları daha yaxşı edən isə yaxşı aktyordur. Hazırda bazarımızda aktyor qıtlığı var, eyni simaları fərqli reklamlarda, markaların sosial media videolarında görürük. Bu platforma çox yaxşıdır və ümidvericidir. Ümid edirəm, “Casting.az” sayəsində markalar yaxşı aktyor, aktyorlar isə yaxşı marka taparlar! Uğurlar!
Rejissor
Casting.az yaradıcılıq sahəsində çalışanlar üçün yeni bir nəfəsdir. Platforma həm simasını tanıtmaq istəyən istedadlara, həm də uyğun sima axtaran rejissor və prodüserlərə konkret və rahat bir yol təqdim edir. İnanıram ki, bu təşəbbüs sektorda yeni əlaqələr və uğurlar üçün etibarlı körpü olacaq.
Rejissor
“Casting Azərbaycan” platforması ölkəmizdə uzun zamandır ehtiyac duyulan çox önəmli bir boşluğu doldurur. Mənim üçün istedadlı, motivasiyalı və uyğun profilli aktyorları tapmaq həmişə zaman və resurs tələb edən bir proses olub. Bu platforma isə bu prosesi həm sürətləndirir, həm də keyfiyyət baxımından xeyli yüksəldir. Saytın interfeysi sadə və istifadəsi rahatdır. Axtardığım yaş, xarici görünüş, bacarıq və təcrübə kimi meyarlarla axtarış edərək çox qısa zamanda uyğun namizədləri tapa bildim. Eyni zamanda, aktyorların profil videoları və məlumatları mənim üçün seçim prosesini xeyli asanlaşdırdı. “Casting Azərbaycan”a təşəkkür edirəm – istedadlı gənclərlə rejissorları bir araya gətirən bu platformanın gələcəkdə də kino və teatr sənayesinə böyük töhfə verəcəyinə inanıram.
Rejissor, Operator
Kəşf olunub dəyərləndirilməyi gözləyən çox sayda insan və çəkiliş komandası üçün əla fürsətdir. Belə təşəbbüslərin artması ümumi sənaye üçün çox önəmlidir. Sadə interfeys, etibarlı və şəffaf sistem bu platformanı gələcəkdə daha böyük proyektlər üçün açar bir vasitəyə çevirə bilər.
Davamlı və daim böyüyən proyekt olmağı diləyiylə, uğurlar!
İstifadəçilərimiz
FAQ
Casting.az nədir?
Casting.az Azərbaycanda aktyorlar, aktyor olmaq istəyənlər və rejissorlar, prodüserlər, reklam şirkətləri üçün nəzərdə tutulmuş onlayn platformadır.
Casting.az –a kimlər müraciət edə bilər?
Aktyorluq bacarığı və həvəsi olan hərkəs casting.az-a müraciət edə və aktyor kimi profil yarada bilər.
Casting.az necə müraciət edə bilərəm?
Profil yaradaraq lazım olan məlumatları tam şəkildə doldurmaqla aktyor olaraq müraciət edə bilərsiniz.
Niyə casting.az-da hesab yaratmalıyıq?
Aktyor olmaq istəyən və bu sahəyə həvəsi olan hərkəs öz bacarıq və məlumatlarını düzgün şəxslərin qarşısına çıxması üçün bu platformada qeydiyyatdan keçməlidir.